Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində Lüksemburq yığması Azərbaycana qarşı ev oyununu yeni stadionda keçirəcək.
Bu barədə Lüksemburq bələdiyyəsinin sədri Lidi Polfer “Paperjam” nəşrinə açıqlamasında məlumat verib.
O bildirib ki, məqsədləri Lüksemburq – Azərbaycan oyununu yeni stadionda təşkil etməkdir.
Yeni “Stade de Luxembourg” idman arenasının inşasına 76 milyon avrodan çox vəsait xərclənib, stadionun azarkeş tutumu isə cəmi 9 min 385 yerdir.
Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək Lüksemburq – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.