“MilliÖN” köşklərində “BakıKart” kartlarının balansının artırılması mümkün olacaq

“BakıKart” nəqliyyat kartlarının balansının artırılması xidməti bütün “MilliÖN” köşklərində həyata keçiriləcək.

Bunu  “Komtec” şirkətinin (“MilliÖN” ödəmə terminallarının operatoru) müştəri xidmətləri bölməsinin rəhbəri Ülviyyə Əfəndiyeva mətbuata  məlumatında bildirib. 

Onun sözlərinə görə, hazırda paytaxtda avtobus dayanacaqlarında quraşdırılmış “MilliÖN” kartomatların sayı 150-dən çoxdur. Ü. Əfəndiyeva qeyd edib ki: 

“Kartomatların sayının az olması müştəriləri narahat etməsin. Bu problemin köklü şəkildə həll olunması istiqamətində “BakıKart”la birgə yeni layihə hazırlanır. Belə ki, mövcud olan bütün “MilliÖN” köşklərində “BakıKart” kartlarının balansının artırılması mümkün olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir