NATO cümə axşamı “Qətiyyətli dəstək” əməliyyatında iştirak edən qüvvələrinin Əfqanıstandan koordinasiyalı və nizamlı şəkildə çıxarılmasına başlayıb.
“Report” xəbər verir ki, bu barədə TASS-a alyansın Brüsseldəki qərargahındakı mənbə məlumat verib.
NATO ölkələrinin hərbi qüvvələrinin çıxarılması başlanıb, proses nizamlı və koordinasiyalı şəkildə həyata keçirilir”.
, – agentliyin həmsöhbəti deyib.
Qeyd edək ki, hazırda NATO-nun Əfqanıstandakı kontingentinə 10 mindən çox insan daxildir, alyans onların çıxarılmasını sentyabr ayında sona çatdırmaq niyyətindədir.