Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəlib

Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəlib

Qırğızıstan və Tacikistan xarici işlər nazirləri aprelin 29-u yerli vaxtla saat 20:00-dan etibarən sərhəd bölgəsində atəşkəs elan edilməsi barədə razılığa gəliblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Xarici işlər nazirləri (Ruslan Kazakbayev və Sirociddin Muhriddin) arasında aparılan bir neçə danışıq nəticəsində saat 20:00-dan etibarən tam atəşkəs elan olunması və hərbi qüvvələrin əvvəlki yerləşmə mövqelərinə geri çəkilməsinə dair razılaşma əldə edilib”, – məlumatda deyilir.

Qırğızıstan və Tacikistan həmçinin cümə axşamı münaqişənin yaşandığı sərhəd bölgəsində birlikdə patrul xidməti aparmaq və monitorinq həyata keçirmək qərarına gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir