ABŞ hərbçiləri Əfqanıstanı tərk etməyə başlayıb, təhlükəsizlik məqsədilə bölgəyə əlavə qüvvələr və vasitələr göndərilib.
“Report”un məlumatına görə, bunu Ağ Evin mətbuat katibinin birinci müavini Karin Jan-Pyer deyib.
“Qoşunların çıxarılması davam edir. Keçən həftə müdafiə naziri Lloyd Ostin, ABŞ qüvvələrinin Əfqanıstandan təhlükəsiz çıxarılmasını dəstəkləmək üçün Mərkəzi Komandanlığın müvəqqəti əlavə qüvvə və vasitələr cəlb edilməsi tələbini təsdiqləyib”, – deyə Ağ Ev rəsmisi bildirib.