Azərbaycan komandası Asiya Çempionlar liqasının son oyununda qalıb gəlib

Futbol üzrə Asiya Çempionlar Liqasında yarışan Güney Azərbaycanın Təbriz şəhərinin “Traxtur-Azərbaycan” komandası növbəti oyununa çıxıb.

Qrup mərhələsinin altıncı və son həftəsində Təbriz klubu  BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) “Şarjah” klubu ilə qarşılaşıb.

Birləşmiş Ərəb Əmirliyinin “Sharjah Stadium” arenasında keçirilmiş  oyunun baş hakimi yaponiyalı Campi Lida olub.

Oyun qarşılıqlı hücumlar şəraitində keçib. Bununla belə,  qarşılaşma 2-0 hesabı ilə “Traxtur” komandasının qələbəsi ilə sona çatıb.

Bu qarşılaşma 2021 Asiya Çempionlar Liqasında məğlubiyyətsiz görüşlər keçirən iki komandanın üz-üzə gəldiyi oyun olduğu üçün xüsusi əhəmiyyətə malik idi.

Hesabı 7-ci dəqiqədə “Traxtur”un oyunçusu  Məhəmməd Abbaszadə açıb. M.Abbaszadə 66-cı dəqiqədə özünün və komandasının ikinci qolunu vurub.  Bu qələbə ilə rəqibin məğlubiyyətsiz oyunlar seriyasına son qoyan “Traxtur” 10 xal toplayıb.

Təbriz klubu qrupada ikinci yerdə qərar tutub. Azərbaycan komandasının növbəti mərhələyə adlaması digər qruplardakı son  nəticələrdən aslıdır.

 

Mənbə: GünazTv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir