OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 196 yeni yoluxma faktı qeydə alınıb, 2 162 nəfər müalicə olunaraq sağalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 319 min 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, Yoluxanlardan 289 min 460 nəfər müalicə olunaraq sağalıb, 4 517 nəfər vəfat edib. Aktiv xəstə sayı 25 min 132 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 319, ötən müddət ərzində isə ümumilikdə 3 milyon 241 min 186 test aparılıb.