DİN avtobus sürücüsünə qarşı zorakılıq edən şəxslə bağlı açıqlama verib

DİN-dən avtobus sürücüsünü döyən şəxslə bağlı açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Abşeronda avtobus sürücüsünə qarşı zorakılıq etmiş  şəxslə bağlı açıqlama yayıb:

“Aprelin 29-da Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə avtobusda sərnişinlə sürücü arasında baş vermiş insidentin görüntüləri sosial şəbəkələrdə yayımlanıb. Dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxsin 17 yaşlı Orxan Abbasov olması müəyyən edilərək idarəyə dəvət olunub. O, törətdiyi əməli etiraf edib və peşiman olduğunu bildirib.

Polis əməkdaşları tərəfindən O.Abbasovla profilaktiki söhbətlər aparılıb və o, xəbərdarlıq edilərək sərbəst buraxılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir