Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turniri start götürüb.
Gənc sərbəst güləşçilər arasında keçirilən ənənəvi yarışın ilk günündə finalçılar müəyyənləşib.
- Murad Haqverdiyev iki Rusiya güləşçisinə qalib gələrək 1/4 finala yüksəlib. Ancaq yarımfinala gedən yolda digər yerli idmançıya məğlub olub.
- Mübarizəyə 1/4 finaldan qoşulan Sabir Cəfərov iki rəqibi üzərində inamlı qələbə qazanaraq adını finala yazdırıb.
- Cəbrayıl Hacıyev ilk iki mərhələdə Rusiya təmsilçilərinə heç bir şans tanımayıb. Yarımfinalda Qırğızıstan idmançısından da güclü olan Hacıyev finala vəsiqə qazanıb.
Qeyd edək ki, final qarşılaşmaları mayın 1-də keçiriləcək.
57 kq
Təsnifat: Murad Haqverdiyev – Yulian Qriqoryev (Rusiya) 10:0
1/8 final: Murad Haqverdiyev – Yeqor Naxodkin (Rusiya) 8:6
1/4 final: Murad Haqverdiyev – Artyom Qobayev (Rusiya) 2:6
65 kq
1/4 final: Sabir Cəfərov – İqor Upxoyev (Rusiya) 6:1
1/2 final: Sabir Cəfərov – Sayan Jiqzimayev (Rusiya) 7:0
Final: Sabir Cəfərov – Danil Xarçilava (Rusiya)
70 kq
1/8 final: Cəbrayıl Hacıyev – Nurgun Andreyev (Rusiya) 10:1
1/4 final: Cəbrayıl Hacıyev – Ruslan Abiyev (Rusiya) 10:0
1/2 final: Cəbrayıl Hacıyev – Orozobek Toktomambetov (Qırğızıstan) 10:3
Final: Cəbrayıl Hacıyev – Arsen Balayan (Rusiya)