Türkiyə: COVİD-19 səbəbindən gündəlik vəfat sayı artıb

Son 24 saatda Türkiyədə aparılan 265.287 test müayinəsi nəticəsində 31 min 891 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2673-ü aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 394 nəfər vəfat edib. 68 min 183 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 3534 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 2,4%-dir.

Ölkədə indiyədək ümumilikdə 4 milyon 820 min 591 yoluxma, 40 min 131 insan itkisi və 4 milyon 323 min 897 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 47.261.999 COVID-19 test müayinəsi aparılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir