Azərbaycan komandası Asiya Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib

Asiya Çempionlar Liqasında mübarizə aparan Təbrizin “Traxtur” klubu növbəti mərhələyə yüksəlib. Ötən gecə  digər qruplarda da  keçirilən son oyunların nəticələri təbrizlilərin növbəti mərhələyə keçməsinə imkan yaradıb.

Asiya Futbol Konfedrasiyasının yeni qaydalarına görə, 40 seçmə komandanın iştirak etdiyi Asiya Çempionlar Liqasında Qərbi Asiyanın ikinci qruplarının 5 komandasından yalnız iki komanda növbəti mərhələyə keçə bilərdi.

Buna görə də qrupda başqa klublarla xalı bərabər olan “Traxtur”un növbəti mərhələyə yüksəlməsi üçün ötən gecə keçirilən oyunların nəticəsindən asılı idi.

Beləliklə, dünən Səudiyyə Ərəbistanının “Əlhilal” komandasının 0-2 hesabı ilə məğlubiyyəti Təbriz komandasının Asiya Çempionlar Liqasının ikinci mərhələsinə yüksəlməsinə səbəb olub.

Bu ilin sentyabr ayında keçiriləcək ikinci mərhələnin növbəti qarşılaşmasında “Traxtur”un rəqibi Səudiyyə Ərəbistanının çempionatda iştirak edən başqa klubu “Əlnəsr” olacaq.

Ötən gecə nəticələr bəlli olandan sonra “Traxtur”un baş məşqçisi Rəsul Xətibi klubun azarkeşlərini,  təbrizliləri və bütün azərbaycanlıları təbrik edib. O, növbəti oyunlarda daha parlaq nəticələr əldə edəcəklərinə inandığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir