COVİD-19: Türkiyədə ötən günün epidemioloji tablosu

Son 24 saatda Türkiyədə aparılan 242.194 test müayinəsi nəticəsində 28 min 817 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2615-i aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 373 nəfər vəfat edib. 81 min 302 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 3525 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 2,4%-dir.

Ölkədə indiyədək ümumilikdə 4 milyon 849 min 408 yoluxma, 40 min 504 insan itkisi və 4 milyon 405 min 199 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 47.504.193 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir