Dünya Səhiyyə Təşkilatı (DST) biotexnoloji “Moderna” şirkəti tərəfindən hazırlanmış yeni növ koronavirusa qarşı vaksini fövqəladə vəziyyətlər zamanı istifadə üçün tövsiyə olunan peyvəndlər siyahısına daxil edib.
Bu barədə “Report” “Agency France Press”ə istinadən xəbər verir.
Bu gün DST “Moderna” COVID-19 peyvəndini (mRNA 1273) fövqəladə vəziyyətlərdə istifadə üçün dərmanlar siyahısına daxil etdi və bu, təşkilat tərəfindən təsdiqlənən beşinci peyvənd oldu”
, – DST-nin açıqlamasında deyilir.
Dərman m-RNT-yə əsaslanır və DST-nin qiymətləndirmələrinə görə 94,1 % təsir göstərir. Peyvənd mənfi 15 dərəcədən 25 dərəcəyədək temperaturda, eyni zamanda 2-8 dərəcədə 30 günə qədər saxlanıla bilər.