Kanada “Janssen” vaksininin tətbiqini müvəqqəti dayandırıb

Kanada “Janssen” vaksininin ilk partiyasına aid  olan hissəsinin tətbiqini müvəqqəti olaraq dayandırdığını elan edib. Hökumət  bunu vaksinin istehsal  müəssisəsinin bağlanması fonunda preparatların  keyfiyyəti ilə bağlı tərəddüdlərlə əlaqələndirib.

Qeyd edək ki, “Janssen”  şirkəti “Johnson & Johnson” kompaniyasının törəmə müəssisəsidir.

Bir qədər əvvəl ABŞ-ın ərzaq və dərman məhsulları üzərində sanitar nəzarət həyata keçirən FDA idarəsi  “Johnson & Johnson” vaksinlərinin istehsal olunduğu (Boltimor ştatında)  bio-texnoloji “Emergent BioSolutions” istehsal müəssisəsində kütləvi kirlənməyə məruz qaldığını qeydə almışdı. Bundan sonra kompleksdə istehsal dayandırılmışdı.

Kanada Səhiyyə Nazirliyinin məlumatına əsasən, “Janssen” vaksinlərinin istehsalında istifadə olunan dərman maddəsi kirlənməyə görə bağlanılmış “Emergent” müəssisəsində hazırlanıb.

Bu dərman maddəsi növbəti emaldan sonra vaksinə çevrilir. Son hazır məsul – “Janssen” vaksinləri ABŞ hüdudlarından kənardakı zavodda istehsal olunub.

Kanada aprelin 28-də 300 000 doza “Janssen”  peyvəndi alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir