COVİD-19: Türkiyədə ötən günün statistik göstəriciləri

Son 24 saatda Türkiyədə aparılan 240.145 test müayinəsi nəticəsində 25 min 980 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2587-si aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 340 nəfər vəfat edib. 75 min 182 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 3532 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 2,4%-dir.

Ölkədə indiyədək ümumilikdə 4 milyon 875 min 388 yoluxma, 40 min 844 insan itkisi və 4 milyon 480 min 381 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 47.744.338 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir