Lüis Hemilton
Portuqaliyada “Formula 1” qran-prisində “Mersedesin” pilotu Lüis Hemilton çempionatın üçüncü mərhələsində qələbə qazanıb.
“Report” xəbər verir ki, yarış Portimanda keçirilib.
- İkinci yeri “Red Bull”dan Niderland idmançısı Maks Ferstappen tutub.
- Finlandiya təmsilçisi Valtteri Bottas üçüncü olub.
Qeyd edək ki, Hemilton daha əvvəl Bəhreyn Qran-prisini qazanıb. Britaniya təmsilçisi “Formula 1” üzrə yeddiqat dünya çempionudur. O, qələbə sayına görə dünya rekorduna imza atıb.