G-7 Rusiyanın yalanlarına qarşı birgə mübarizə aparacaq

“Böyük yeddilik” – G7 ölkələri Rusiyanın təbliğat və dezinformasiyalarına qarşı çevik cavab mexanizmi hazırlamaq niyyətindədir. Bununla bağlı G7 təkliflərə baxacaq.

Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab “Reuters” agentliyinə müsahibəsində danışıb.

Nazir bu il G7-də sədrlik edən Britaniyanın klub üzvlərini Rusiyanın apardığı təbliğata qarşı effektli mübarizəyə çağıracağını bəyan edib:

Yalan və saxta xəbərlərdən ibarət təbliğat aparıldığını görən zaman biz cavab vermək və  təkcə öz ölkəmizdəki yox, Rusiyadakı, Çindəki, yaxud dünyadakı insanlara doğruları söyləmək üçün təkbaşına deyil, birlikdə hərəkət etməliyik”.

 

Mənbə: DW

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir