Türkiyənin məşhur “Qalatasaray” klubunun ən böyük fan klubu olan “Ultra Aslan”nın üzvləri “İnstagram” paylaşımında
Asiya Çempionlar Liqasında məğlubiyyətsiz ilk 16 komanda arasında qalan qardaş “Traxtur” klubunu təbrik edir və uğurlarının davamını diləyirik”
yazaraq Güney Azərbaycan komandasını – Təbrizin “Traxtur” klubunu təbrik ediblər.
Bundan öncə – 2020-ci ilin sentyabrında İran Milli Kubokunda “Traxtur”un qələbəsindən sonra da Türkiyənin yüzlərlə siyasi, ictimai və mədəniyyət xadimi, ümumiyyətlə, türk ictimaiyyəti sosial mediada “təbriklər Traxtur” həştağı ilə kampaniya başlatmışdılar.
Bundan əvvəl, 2019-cu ilin noyabrında Təbrizin “Səhənd” stadionunda 80 min “Traxtur” tərəfdarının Türk əsgərlərinə hərbi salam verməsi, Türkiyə Ordusunun Suriyanın şimalında “Barış Pinari” antiterror əməliyyatına verdiyi dəstək Türkiyədə geniş rezonans doğurmuşdu.
“Traxtur” bir futbol komandasından daha çox Güney Azərbaycan türklərinin azadlıq səsidir.
Mənbə: GünazTv