Antoniu Quterriş
BMT-nin baş katibi Antoniu Quterriş Qırğızıstanı və Tacikistanı barışığa riayət etməyə çağırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi brifinqdə bildirib.
“Baş katib iki ölkə liderlərinin əlaqələrini və mayın 1-də atəşin dayandırılması haqqında nail olunmuş razılaşmanı alqışlayır. O, hər iki tərəfi barışığa riayət edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırır”, – Düjarrik deyib.
“Baş katib BMT-nin dəstək göstərməyə hazır olduğunu da təsdiqləyir”, – BMT rəsmisi əlavə edib.
Quterriş toqquşmanın gedişatında həlak olanların yaxınlarına başsağlığı verib və xəsarət alanların qısa zamanda sağalmasını arzulayıb.