Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsinə yekun vurulub.
“Report”un məlumatına görə, finalda Karlsenlə ABŞ təmsilçisi Hikaru Nakamura qarşılaşıb. Bu gün keçirilən ikinci oyun günündə 2:2 hesablı heç-heçə qeydə alınıb. Tərəflər hərəyə 1 qələbə, 2 heç-heçə ediblər.
- İlk oyun günündə Karlsen 3:1 hesabı ilə qalib gəldiyi üçün mərhələnin qalibi olub.
- Qeyd edək ki, 3-cü yeri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov tutub.
Çempionlar Turu: “New In Chess”
Final
21:00. Maqnus Karlsen (Norveç) – Hikaru Nakamura (ABŞ) – 2:2 (0:1, 0,5:0,5; 1:0; 0,5:0,5)
İlk oyun – 3:1
3-cü yer uğrunda görüş
21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) – Levon Aronyan (Ermənistan) – 2,5:0,5 (1:0; 0,5:0,5; 1:0)
İlk oyun – 2:2
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanıb.
23:12
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüdə ikinci oyun gününün üçüncü partiyası sona çatıb.
“Report”un məlumatına görə, qarşılaşma 35-ci gedişdə Məmmədyarovu qələbəsi ilə yekunlaşıb. Bununla da azərbaycanlı qrossmeyster 2,5:0,5 hesabı ilə önə keçib və sonuncu partiyaya ehtiyac duyulmadan, 3-cü yerin sahibi olub.
22:10
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüdə ikinci oyun gününün ikinci partiyası sona çatıb.
“Report”un məlumatına görə, qarşılaşma 25-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Hazırda Məmmədyarov öndədir – 1,5:0,5.
21:50
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüdə ikinci oyun gününün ilk partiyası sona çatıb.
“Report”un məlumatına görə, qarşılaşma 54-cü gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Qara fiqurlarla oynayan azərbaycanlı qrossmeysterin hücumları qarşısında Aronyan təslim olub.
21:15
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsinə bu gün yekun vurulacaq.
“Report”un məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) yenidən üz-üzə gəlir. İlk oyun günündə heç-heçə qeydə alınıb – 2:2. Görüşlərin yarısı Məmmədyarovun, yarısı isə Aronyanın qələbəsi ilə sona çatıb.
Bugünkü 4 qarşılaşmanın ardından qalib bilinməsə, tay-brek oynanılacaq.
Çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gələcək. İlk oyun günündə 4 görüşün yekununda dünya çempionu qalib gəlib – 3:1.
Çempionlar Turu: “New In Chess”
Final
21:00. Maqnus Karlsen (Norveç) – Hikaru Nakamura (ABŞ)
İlk oyun – 3:1
3-cü yer uğrunda görüş
21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) – Levon Aronyan (Ermənistan)
İlk oyun – 2:2
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanacaq.