Karate1 Premyer Liqa: Azərbaycan idmançısı gümüş medal qazanıb

Azərbaycan idmançısı Karate1 Premyer Liqa turnirində gümüş medal qazandı

Azərbaycan millisinin üzvü Asiman Qurbanlı (+84 kq) Portuqaliyada Karate1 Premyer Liqa turnirində gümüş medal qazanıb.

“Report” xəbər verir ki, millinin digər üzvləri – Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət isə kata yarışını bürünc medalla tamamlayıb.

Nüfuzlu turnir idmançılara Tokio Olimpiadasında iştirak etmək üçün xüsusi reytinq xalları da qazandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir