Paşinyanın Baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb

Paşinyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb

Nikol Paşinyan

Ermənistan parlamentinin hakim fraksiyası “Mənim addımım” parlamentin buraxılması və erkən seçkinin keçirilməsi proseduruna başlamaq üçün Nikol Paşinyanın Baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə fraksiyanın rəhbəri Lilit Makunts bildirib.

Xatırladaq ki, bir qədər öncə, Paşinyan ölkədə növbədənkənar parlament seçkisinin keçirilməsi üçün istefa verib. O, hazırda Baş nazir vəzifələrini icra etməyə davam edir.

Paşinyan erkən parlament seçkisinin iyunun 20-də keçiriləcəyini bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir