Türkiyədə ötən günün COVİD-19 infoqrafikası

Son 24 saatda Türkiyədə aparılan 243.648 test müayinəsi nəticəsində 24 min 733 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2501-i aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 347 nəfər vəfat edib. 35 min 438 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 3438 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,2%-dir.

Ölkədə indiyədək ümumilikdə 4 milyon 900 min 121 yoluxma, 41 min 191 insan itkisi və 4 milyon 515 min 819 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 47.987.986 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir