Əfqanıstanda daşqınlar 14 nəfərin həyatına son qoyub

Əfqanıstanda daşqınlar nəticəsində 14 nəfər ölüb

Əfqanıstanın şimal-qərbindəki Herat əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 14 nəfər həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “TOLO news” telekanalı məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Adraskan bölgəsində həyatını itirənlərin arasında dörd uşaq da var. Daşqınlar nəticəsində onlarla hektar ərazi məhv olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir