COVİD-19: Türkiyədə son epidemioloji tablo

Son 24 saatda Türkiyədə aparılan 241.747 test müayinəsi nəticəsində 28 min 997 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2483-ü aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 336 nəfər vəfat edib. 38 min 218 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 3452 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,2%-dir.

Ölkədə indiyədək ümumilikdə 4 milyon 929 min 118 yoluxma, 41 min 527 insan itkisi və 4 milyon 554 min 037 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 48.229.733 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir