Meksikanın paytaxtı Mexikoda metro körpüsünün uçması nəticəsində həlak olanların sayı 23-ə çatıb.
“Report” CNN telekanalına istinadən xəbər verir ki, həyatını itirənlərin arasında uşaqlar da var.
Ən azı 70 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Onlardan yeddisinin vəziyyəti ağırdır.
Mexiko meri Klaudiya Şeynbaum Pardo bildirib ki, sağ qalanlardan biri dağıntılar altından qurtarılıb və hazırda dağıntılar altında heç kəs yoxdur.
***
10:50
Meksikanın paytaxtı Mexikoda metro körpüsünün uçması nəticəsində həyatını itirənlərin sayı 20-yə yüksəlib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər meri Klaudiya Şeynbaum Pardo bildirib.
Xəsarət alanlardan 49-u xəstəxanalara yerləşdirilib. Onlardan yeddisinin vəziyyəti ağırdır.
***
09:25
Meksikanın paytaxtı Mexikoda metro körpüsünün uçması nəticəsində həlak olanların sayı 15-ə çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Mexiko meri Klaudiya Şeynbaum Pardo bildirib.
Onun sözlərinə görə, paytaxtın cənub-şərqində yerləşən Olivos və Tesonko stansiyaları yaxınlığında qeydə alınan hadisədə təxminən 70 nəfər yaralanıb. Metro körpüsünün üzərindən qatar keçərkən aşdığı bildirilir.
Hadisənin baş verdiyi əraziyə bütün girişlər bağlanıb, yalnız təcili yardım maşınlarının girişinə icazə verilir.
***
08:40
Meksikanın paytaxtı Mexikoda metro körpüsünün uçması nəticəsində onlarla insan xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə “Universal” nəşri qəza-xilasetmə xidmətinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, qəza paytaxtın cənub-şərqində, “Olivos” və “Tesonko” stansiyaları arasındakı ərazidə baş verib. Hadisə zamanı 6 nəfər həlak olub, 80 nəfər xəsarət alıb.
Daha əvvəl “Pais” qəzeti yerli hakimiyyət orqanlarına istinadən hadisə zamanı 50 nəfərin xəsarət aldığını bildirib.
#ULTIMAHORA
Este es el escalofriante momento en el que se quiebra la estructura del #MetroCDMX en la estación Olivos de la Línea 12.https://t.co/6z8bRGGxiu pic.twitter.com/PgzUgKtgEU— @diario24horas (@diario24horas) May 4, 2021