Pakistanda sərnişin avtobusu aşıb

Pakistanda sərnişin avtobusu aşıb, ölənlər və xəsarət alanlar var

Pakistanda ağır yol qəzası qeydə alınıb.

Bu barədə “Report” “Habertürk”ə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə Pəncab əyalətində baş verib.

Peşavara gedən sərnişin avtobusu Attok ərazisində yoldan çıxaraq aşıb. Qəza zamanı azı 15 sərnişin həlak olub, 20 nəfər yaralanıb. Yaralıların bir çoxunun vəziyyətinin kritik olduğu bildirilir.

Məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir