OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1080 yeni yoluxma faktı qeydə alınıb, 2074 nəfər müalicə olunaraq sağalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər çox təəssüf ki, vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 323 min 841 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Yoluxanlardan 298 min 949 nəfər müalicə olunaraq sağalıb, 4 617 nəfər vəfat edib. Aktiv xəstə sayı 20 min 275 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 701, ötən müddət ərzində isə cəmi 3 milyon 289 min 864 test aparılıb.