Həmsədrlər Azərbaycanın erməni hərbçiləri geri qaytarmasını alqışlayıblar

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan tərəfinin erməni hərbi qulluqçular – Robert Vardanyan, Samvel Şuxyanın və Seran Tamrazyanı geri qaytarmasını alqışlayıblar.

Bu barədə Minsk qrupu həmsədrlərinin – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (ABŞ) bəyanatında bildirilir.

Həmsədrlər hər iki tərəfi əsirlərin, müharibə zamanı həlak olanların meyitlərini qarşılıqlı formada qaytarılması prosesini tamamilə və operativ şəkildə sona çatdırmağa çağırıblar.

Mənbə: Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir