Əksər sosial şəbəkələrdə hesabları bloklanan keçmiş ABŞ Prezidenti Donald Tramp tərəfdarları ilə ünsiyyət qurmaq veb-sayt hazırlatdırıb.
“Report”un məlumatına görə, sayt mühafizəkar siyasətçilərin auditoriya ilə vasitəçi olmadan ünsiyyət qurmasına kömək etmək üçün hazırlanmış “Campaign Nucleus” platformasında düzəldilib.
Saytda Trampın son bəyanatları da yer alıb. İstifadəçilər buradakı yazıları sosial şəbəkələrdəki səhifələrində paylaşa bilərlər.