Azərbaycanın sərbəst güləşçisi yarımfinalda uduzub

Tokio-2020: Güləşçimiz lisenziya şansını əldən verdi

Georgi Edişeraşvili

Azərbaycanın sərbəst güləşçisi Georgi Edişeraşvili Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

“Report”un məlumatına görə, 57 kq çəki dərəcəsində yarışan idmançı final yolunda monqolustanlı Erdenebat Bekbayarla qarşılaşıb.

  • Rəqibinə 2:6 hesabı ilə məğlub olan Edişeraşvili Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansını əldən verib.
  • O, mayın 7-də bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, sərbəst güləşdə 65, 74 və 97 kq-da olimpiadaya vəsiqə təmin edilib. Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya Təsnifat turnirində bu vəzifənin öhdəsindən gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir