Bu gün Azərbaycanın daha 4 cüdoçusu Rusiyanın Kazan şəhərindəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.
“Report”un məlumatına görə, onların hamısı kişilər arasında iki çəki dərəcəsində yarışıb.
- 81 kq-da mübarizə aparan Hidayət Heydərov 1/32 final mərhələsində Asad Masabirova (Qırğızıstan) uduzub.
- Eyni çəkidəki Murad Fəyiyev 1/16 final mərhələsində Terens Kuambanı (Qabon), ardınca Hasan Kalmurzayevi və Aslan Lappinaqovi (hər ikisi Rusiya) məğlub edərək yarımfinala yüksəlib. O, finala gedən yolda Atilla Unqvarinin (Macarıstan) müqavimətini qıra bilməyib.
- 73 kq-dakı Rəşad Məmmədəliyev ilk görüşdə Maxmadbek Maxmadbekova (Rusiya) məğlub olub.
- Nurlan Osmanov (73 kq) Georgios Azoidis (Yunanıstan) və Fabio Basile (İtaliya) ilə dueldən qalib ayrılsa da, 1/8 final mərhələsində Nuqzari Tatalaşvili (Gürcüstan) ilə bacarmayıb.
Qeyd edək ki, Böyük Dəbilqəyə mayın 7-də yekun vurulacaq. Yarışda 79 ölkədən 244 kişi və 164 qadın olmaqla, ümumilikdə 408 cüdoçu qüvvəsini sınayır. Azərbaycanın 5 idmançısı ilk günü medalsız bitirib.