Təsnifat turniri: İki güləşçimiz yarımfinaldadır

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat Turnirinə start verilib.

“Report”un məlumatına görə, ilk yarış günündə sərbəst güləşçilər yarışıa qoşulub.

Azərbaycanın 3 təmsilçisi güləşin bu növündə qüvvəsini sınayır.

  • 57 kq çəki dərəcəsində mübarizə aparan Georgi Edişeraşvili təsnifatda Otari Qoqavanı (Gürcüstan), ardınca isə Məhəmməd Bilalı (Pakistan) məğlub edib. O, 1/4 finalda Məhəmməd İkromova (Tacikistan) qalib gələrək yarımfinala yüksəlib.
  • 86 kq-da yarışan Abubakr Abakarov Uri Kalaşnikov (İsrail) və Sandro Aminaşvilidən (Gürcüstan) güclü olub. Güləşçi 1/4 finalda Azamat Dauletbekov (Qazaxıstan)  üzərində əzmkar qələbə qazanaraq yarımfinala adlayıb.
  • 120 kq-dakı Vahid Qalayev Xose Kuba Vaskesə (İspaniya) tam üstünlüklə qalib gəlsə də, 1/4 final mərhələsində Xose Daniel Robertti (Venesuela) ilə dueldən məğlub ayrılıb və lisenziya şansını itirib.

Qeyd edək ki, lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları saat 20:00-da start götürəcək.

Sərbəst güləşdə 65, 74 və 97 kq-da olimpiadaya vəsiqə təmin edilib. Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya Təsnifat turnirində bu vəzifənin öhdəsindən gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir