AMEA Yüksək Texnologiyalar Parkına icraçı direktor təyin olunub

AMEA Yüksək Texnologiyalar Parkına icraçı direktor təyin olunub

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) yeni təyinat olub.

YT Parkına icraçı direktor vəzifəsinə Zaur Şirəli oğlu Nəhmətov təyin olunub.

Qeyd edək ki, Z.Nəhmətov Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsili alıb. Hazırda Bakı Dövlət Universitetinin dissertantıdır. O, uzun illər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində fəaliyyət göstərib, həmçinin özəl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir