AVRO-2021: Millimiz məğlub olub

AVRO-2021: Millimiz məğlub oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci il Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

“Report”un məlumatına görə, komanda F qrupunda ilk oyununu Monteneqro seçməsinə qarşı keçirib.

Yığma Gürcüstandakı görüşdə rəqibinə 1:3 hesabı ilə uduzub. İlk set rəqibin 25:23 hesablı qələbəsi ilə bitib. İkinci setdə 25:21 hesabı ilə məğlub olan yığma, üçüncü setdə rəqibinə qalib gəlib – 25:21. Dördüncü set Monteneqronun xeyrinə sona çatıb – 25:15.

Qrupun digər qarşılaşmasında Gürcüstan Yunanıstanla görüşəcək.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu mayın 8-də Gürcüstana qarşı keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir