Bolqarıstanın paytaxtı Sofiyada Tokio-2020 Yay Olimpiya Oyunlarna lisenziya xarakteli taekvondo üzrə Avropa Təsnifat Turnirinə start verilib.
“Report”un məlumatına görə, ilk yarış günündə Azərbaycanın iki təmsilçisi dayanq üzərinə çıxıb.
Həm 49 kq çəki dərəcəsində yer alan Patimat Abakarovanın, həm də 67 kq çəkidəki Fəridə Əzizovanın ilk rəqibləri rumıniyalılar olub. Abakarova 1/16 finalda Liana Mustyataya qalib gəlib, Əzizova Andrea Mokanu məğlubiyyətə uğradıb.
- Fəridə Əzizova 1/4 finalda Petra Stolbovaya (Çexiya) qalib gələrək yarımfinala yüksəlib.
Turnirdə finala yüksələcək taekvondoçular Olimpiadada iştirak hüququ qazanacaqlar.
Yarımfinal görüşləri axşam seansında olacaq.
Kişi taekvondoçu Radik İsayev (+80 kq) lisenziya uğrunda mübarizəyə mayın 8-də qatılacaq.
Qeyd edək ki, daha əvvəl Milad Beigi Hərçəqani (80 kq) olimpiadaya vəsiqəni təmin edib.