COVİD-19: Azərbaycanda son epidemioloji vəziyyət

OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər çox təəssüf ki, vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 min 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Yoluxanlardan 302 min 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib. Aktiv xəstə sayı 17 min 897 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, ötən müddət ərzində isə cəmi 3 milyon 311 min 267 test aparılıb.

#

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir