COVİD-19: Türkiyədə gündəlik yoluxma və vəfat sayı azalmaqdadır

Son 24 saatda Türkiyədə aparılan 251.194 test müayinəsi nəticəsində 20  min 107 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2210-u aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 278 nəfər vəfat edib. 35 min 529 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 3260 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,2%-dir.

Ölkədə indiyədək ümumilikdə 4 milyon 998 min 089 yoluxma, 42 min 465 insan itkisi və 4 milyon 662 min 328 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 48.963.800 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir