Pandemiya dalğalarının dayanması üçün şərtlər açıqlanıb

COVID-19-un dalğavari yayılmasına son qoyulması üçün immun gücü olan insanların 80 faizə çatması zəruridir”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Berlindəki Robert Kox İnstitutunun (RKI) rəhbəri Lotar Viler (Lothar H. Wieler) mətbuat konfransında bildirib.

“Peyvənd olunaraq və yaxud xəstələnərək immun gücü qazanan insanların payı 80 faizi üstələməyincə bir çox məhdudiyyətləri ləğv edə bilmərik. O zaman yeni yoluxmalar, yeni artmalar olacaq, amma dalğalar olmayacaq. Yəni pandemiya nəzarət altında olacaq”, – L.Viler deyib.

O, məhdudiyyətləri tədricən, planlı şəkildə ləğv etməyə çağırıb: “Peyvəndlənənlərin sayı artdıqca bəzi məhdudiyyətlər ləğv edilə bilər. Peyvəndləmə səviyyəsi nə qədər yüksək olsa, yoluxma hallarının qarşısı bir o qədər çox alınacaq. Peyvəndləmə faizinin artması yaxın gələcəkdə vəziyyətin xeyli yaxşılaşmasına gətirib şıxaracaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir