Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci il Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.
“Report”un məlumatına görə, yığma F qrupundakı növbəti matçında meydan sahibləri Gürcüstanla qarşılaşıb. Tbilisidə Voleybol Arenasındakı görüş Azərbaycanın inamlı qələbəsi ilə sona çatıb – 3:0.
- Milli hər üç setdə müvafiq olaraq 25:20, 25:22 və 25:15 hesabı ilə qalib gəlib.
- Komanda hazırda 3 xalla 3-cü pillədə qərarlaşıb.
Xalı olmayan Gürcüstan isə sonuncudur.
Qrupda 2-ci turun digər qarşılaşmasında Monteneqro Yunanıstana uduzub – 2:3.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu mayın 9-da Yunanıstana qarşı keçirəcək.