“Barselona”nın növbəti apellyasiyası rədd edilib

"Barselona"nın növbəti apelyasiyası rədd edildi

İspaniya “Barselona”sının komandanın baş məşqçisi Ronald Kumana verilmiş cəzadan təkrar apellyasiyası rədd edilib.

“Report”un məlumatına görə, hollandiyalı mütəxəssis bu gün “Atletiko” ilə La Liqanın XXXV tur oyununu tribunadan izləməli olacaq.

Kuman “Qranada” ilə XXXI turdan təxirə salınmış görüşdə (1:2) meydandan qovulub. Bu səbəbdən, 2 oyunluq cəzaya məruz qalmış təcrübəli baş məşqçi ötən tur “Valensiya” ilə qarşılaşmanı (3:2) buraxmalı olub.

“Barselona” “Atletiko” ilə vacib görüşdə cəzanın qalan 1 oyunluq hissəsinin müvəqqəti dondurulmasını istəyib. Bu məqsədlə qərardan iki dəfə şikayət edilib. Lakin hər iki halda cavab mənfi olub.

“Atletiko” ilə görüşdə də komandanın sükanı arxasında Kumanın köməkçisi Alfred Sxroyder olacaq.

Qeyd edək ki, hazırda “Barselona” 34 oyundan 74 xalla “Real Madrid”lə birgə 2-3-cü yerləri bölüşdürür. “Atletiko” isə 76 xalla liderdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir