COVİD-19: Türkiyədə sərt karantin rejimi bəhrəsini verir

Son 24 saatda Türkiyədə aparılan 228.873 test müayinəsi nəticəsində 18 min 052 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2178-i aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 281 nəfər vəfat edib. 28 min 896 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 3175 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,2%-dir.

Ölkədə indiyədək ümumilikdə 5 milyon 016 min 141 yoluxma, 42 min 746 insan itkisi və 4 milyon 691 min 224 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 49.192.673 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir