Dünya Kuboku: Gimnastlarımız təsnifat mərhələsindəki çıxışlarını başa vurub

 

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan idmançıları təsnifat mərhələsindəki çıxışlarını başa vurublar.

“Report”un məlumatına görə, Zöhrə Ağamirova lentlə hərəkətlərdə 21,275 xal toplayıb.

  • Ağamirova bu hərəkətdə hazırda 2-ci sıradadır.
  • Digər bədii gimnast Arzu Cəlilova eyni alətlə 17,550 xalla 17-cidir.
♦ ♦ ♦
14:49

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan idmançıları növbəti çıxışlarını başa vurublar.

“Report”un məlumatına görə, Zöhrə Ağamirova gürzlərlə çıxışında 23.00 xal toplayıb.

  • Ağamirova bu hərəkətdə hazırda 10-cu sıradadır.

Digər bədii gimnast Arzu Cəlilova eyni alətlə 21,650 xal toplaya bilib.

  • Cəlilova hazırda 17-ci pillədə qərarlaşıb.

Onlar müvafiq olaraq saat 14:57-də və saat 15:03-də yenidən lentlə hərəkətlərdə qüvvələrini sınayacaqlar.

Saat 18:00-dan isə qrup hərəkətləri proqramında 3 halqa və 2 cüt gürzlə təsnifat yarışı başlayacaq. Azərbaycanı Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina və Güllü Ağalarzadə təmsil edəcək.

Qeyd edək ki, Dünya Kubokunda 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, ümumilikdə 167 gimnast iştirak edir. Azərbaycan yığması yarışın ilk günündə 5 topla hərəkətlərdə 43 xal toplayıb və finala vəsiqə qazanıb.

Həm fərdi, həm də komanda yarışlarında finallar mayın 9-da olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.