Əfqanıstan: partlayışda həlak olanların sayı artıb

Əfqanıstanda partlayışda ölənlərin sayı 63-ə yüksəlib

Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində qızlar məktəbinin yaxınlığında törədilmiş silsilə partlayışlar nəticəsində həlak olanların sayı 63-ə yüksəlib, daha 150 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Tolo News”a hadisə qurbanlarının qohumları məlumat veriblər.

Bir müddət əvvəl Əfqanıstanın Səhiyyə Nazirliyi 55 nəfərin həlak olduğu rəsmən təsdiqləmişdi. Həyatını itirənlərin və xəsarət alanların çoxu məktəbli qızlardır. Əfqanıstan Prezidenti Əşrəf Qəni hadisəni terror aktı adlandırıb və partlayışlara görə “Taliban” hərəkatını ittiham edib. Ancaq onlar bu hadisədə iştirak etmədiklərini bildiriblər.

Partlayışlara görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir