Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.
“Report”un məlumatına görə, turun son oyununda “Qarabağ” “Səbail”in qonağı olub. Masazırda “Bank Respublika Arena”dakı qarşılaşma Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə sona çatıb.
Görüşdə bütün qollar ilk hissədə vurulub. Hesabı 28-ci dəqiqədə Abdullah Zubir açıb. 4 dəqiqə sonra Mahir Emreli qüvvətli zərbə ilə fərqi artırıb. 41-ci dəqiqədə Xayme Romero 3-cü topu meydan sahiblərinin qapısından keçirib. İlk yarının əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Maksim Medvedev penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 54-ə çatdıran “Qarabağ” yenidən liderliyə yüksəlib. “Sabah” isə 25 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, günün ilk oyununda “Zirə” evdə “Qəbələ” ilə qolsuz heç-heçəyə razılaşıb. Ötən gün keçirilən matçlarda “Sumqayıt” səfərdə “Keşlə”ni 1:0, “Neftçi” isə “Səbail”i 4:0 hesabı ilə məğlub edib.