COVİD-19: Azərbaycanda son epidemioloji vəziyyət

OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1 539 nəfər müalicə olunaraq sağalıb.

Analiz nümunələri müsbət çıxan 14 nəfər çox təəssüf ki, vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 min 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Yoluxanlardan 306 min 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib. 15 min 917 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə cəmi 3 milyon 330 min 985 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir