Kolumbiya: etiraz aksiyalarında itkin düşənlərin sayı atıb

Kolumbiyada etirazlar zamanı 548 nəfər itkin düşüb

Kolumbiyada etiraz aksiyalarında iştirak etmiş təxminən 550 insan itkin düşmüş hesab edilir.

“Report” xəbər verir ki, bu barədə insan hüquqları üzrə səlahiyyətli orqanın məlumatlarına istinadən La FM radiostansiyası bildirib.

Məlumata əsasən, 28 apreldən 7 maya qədər 548 insan itkin düşüb. Etiraz aksiyalarının və qarışıqlıqların gedişatında həlak olanların sayı 26 nəfərə çatıb.

Kolumbiyada aprelin 28-dən vergi islahatına qarşı nümayişlər keçirilir. Boqotada, Kalidə, Medelinada və başqa şəhərlərdə qarışıqlıqlar olub. Toqquşmalar zamanı 1 000-dən çox insan zərər çəkib. Bundan sonra hökumət islahat planlarına dəyişikliklər etməyə razılaşıb, ölkənin maliyyə naziri Alberto Karraskilya istefa verib, ancaq etirazlar davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir