Son 24 saatda Türkiyədə aparılan 197.468 test müayinəsi nəticəsində 15 min 191 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2102-si aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 283 nəfər vəfat edib. 25 min 694 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 3081 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,2%-dir.
Ölkədə indiyədək ümumilikdə 5 milyon 031 min 332 yoluxma, 43 min 029 insan itkisi və 4 milyon 716 min 918 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 49.390.141 COVID-19 test müayinəsi aparılıb.