“Zirə” və “Qəbələ” ardıcıl 9 oyun qələbəsiz qalıb – VİDEO

"Zirə" və "Qəbələ" ardıcıl 9-cu oyunda qələbəsiz qaldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu “Zirə” və “Qəbələ” komandaları arasında keçirilib.

“Report”un məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda təşkil olunmuş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Bununla da hər iki komandanın qələbəsiz ardıcıl oyunlarının sayı 9-a çatıb.

Hazırda “Zirə” 35 xalla 4-cü, “Qəbələ” 25 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ilk oyun günündə “Sumqayıt” səfərdə “Keşlə”ni 1:0, “Neftçi” “Səbail”i 4:0 hesabı ilə yenib. Tura saat 20:15-də başlanacaq “Sabah” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.