ABŞ-da növbəti silahlı insident qeydə alınıb.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Məlumata görə, hadisə Kolorado ştatında olub. Kolorado Sprinqs şəhərində doğum günü münasibətilə təşkil edilən əyləncə mərasimində baş verən atışma zamanı 6 nəfər həlak olub. Polisin məlumatına görə, hadisəni törədən şəxs özünü də öldürüb.
Qeyd edək ki, bu, ABŞ-da növbəti silahlı insidentdir. Daha əvvəl Arizona ştatında da atışma olub. Finiks şəhərində, “Hyatt Regency” otelində baş verən insident zamanı 1 nəfər öldürülüb, daha 7 nəfər xəsarət alıb.